Türkiyə Avropa İttifaqına təhvil verdiyi terrorçuların SAYINI AÇIQLADI

  • By admin
  • 21 Mart 2021 19:51

2019-cu ildən bəri 67 ölkənin vətəndaşı olan 2764 xarici terrorçu Türkiyə sərhədindən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PKK/PYD və İŞİD terror təşkilatlarına qatılmaq üçün ölkələrindən gələn xaricilərin təhvil verilməsi işləri davam edir.

Türkiyənin ölkə daxili və sərhəd kənarında təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti çərçivəsində 2019-cu ildə 1595, 2020-ci ildə 1019, 2021-ci ilin 2,5 aylıq dövründə 150 olmaq ümumilikdə 67 vətəndaşlıqdan 2764 xarici terrorçu tutularaq ölkələrinə verilib.

Sərhədxarici edilən terrorçular əsasən Avropa İttifaqı ölkələrinə məxsusdur. Belə ki, 2019-cu ildə 11 Aİ ölkəsindən 117, 2020-ci ildə 8 Aİ ölkəsindən 95 və 2021-ci ilin 2,5 aylıq dövründə 3 Aİ ölkəsindən 12 xarici terrorçu Türkiyədə yaxalanıb.

Türkiyədən Aİ ölkələrinə qaytarılan terrorçuların sayı bu günə qədər 224-dür.

Son 3 ildə ölkəsinə təhvil verilən Aİ vətəndaşlıqlı terrorçuların 66-sı Fransa, 57-si Almaniya, 22-si Hollandiya, 14-ü İsveç və 7-si İsveçrə vətəndaşı çıxıb.

Gununsesi.info