
Bu ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 3 645,81 kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.
Gununsesi.org-un Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında edilən hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycandan 2 989,11 mln. kubmetr qaz idxal edib.
Məlumata əsasən, bu ilin aprel ayında Azərbaycan 916,57 mln. kubmetrlə Türkiyənin qaz idxalında birinci yerdə qərarlaşıb (idxalın 34,8%-i). İkinci yerdə 470,33 mln. kubmetrlə Rusiya qərarlaşıb. Aprel ayında Türkiyə İrandan qaz idxal etməyib.
<ins’ style=”box-sizing: border-box;”></ins’>
Cari ilin ilk dörd ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar-aprelində bu ölkədən Türkiyəyə 4 182,17 mln. kubmetr “mavi yanacaq” ixrac olunub. Boru kəməri vasitəsi ilə idxal üzrə üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 2 029,21 mln. kubmetr qaz nəql edib.
Bu ilin yanvar-aprel aylarında Türkiyənin qaz idxalı 17 825,14 mln. kubmetr təşkil edib.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.
Gununsesi.org