Türkiyə-Azərbaycan Universitetinə ilkin mərhələdə 100 tələbə qəbulu nəzərdə tutulub.
Gununsesi.info xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Hər il qəbul planında 100-200 əlavə yer nəzərdə tutulub. Bu universitetdə təhsil ödənişsiz olacaq. Tədris ingilis və türk dillərində təşkil ediləcək”, – deyə nazir bildirib.
Gununsesi.info