Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA

Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı bir sıra fərziyyələr səsləndirilir.

Gununsesi.info bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

ABŞ-ın “Vaşinqton Post” qəzetinin məsələ ilə bağlı iddiasına münasibət bildirən səfir qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər zaman bütün istiqamətlərdə inkişaf edib və etməkdədir:

“Türkiyə və Azərbaycan bir-birinə hər mövzuda yardım edib və edəcək. Bu gün Nuru Paşa və ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümünü qeyd edirik. Məhz bu hadisə də qardaşlığın tarixi sübutlarından biridir. Məncə, bu gün zəfər bayramımızı qeyd etməli və bu cür fərziyyələri bir kənara qoymalıyıq”.

Gununsesi.info