Türkiyə bayrağı təhqir olunub - FOTO

  • By admin
  • 18 May 2017 15:06

009

Antaliyanın Kumluca mahalında zibil konteynerindən Türkiyə bayrağı tapılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kumluca mahalının Həsən Tuna prospektində zibil konteynerindəTürk bayrağı aşkar edilib.

Belə ki, ərazidə yaşayan sakinlər Türk bayrağını zibil konteynerindən götürərək aidiyyati qurumlara bu barədə məlumat veriblər.

Qeyd edək ki, Türkiyə polisi bayrağı zibilliyə atan şəxs və ya şəxslərin tapılması üçün ərazidə quraşdırılan təhlükəsizlik kameralarını araşdırmağa başlayıblar.

Anar

Gununsesi.info