Türkiyə bayraqlı gəmi Qara dənizdə minaya düşdü

  • By admin
  • 06 Oktyabr 2023 14:35

Türkiyə yük gəmisi Qara dənizdə minaya düşüb. ingiltərənin “Reuters” xəbər agentliyinin məlumatına görə, yük gəmisi cüzi ziyan görsə də, ekipajın təhlükəsiz olduğu bildirilir.

Gununsesi.info-nun məlumatına görə, bildirilib ki, ötən gün Türkiyə bayraqlı yük gəmisi Qara dənizdə Rumıniya sahilləri yaxınlığında minaya düşüb və gəmiyə cüzi ziyan dəyib.

“Reuters”in məlumatına görə, mənbələr ekipajın zərər çəkmədiyini bildirib.

Böyük Britaniyada yerləşən dənizçilik və təhlükəsizlik mənbəyi olan “Ambrey” əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən, gəminin Rumıniyanın Sulina sahilindən 11 dəniz mili aralıda, Sulina kanalının girişi yaxınlığında dəniz minasına düşdüyünü açıqlayıb.

Müştərilərinə göndərdiyi qeyddə “Ambrey” bildirib ki,  “Təqdim olunan məlumata görə, gəmi GMT ilə saat 12.30 radələrində partlayış yaşayıb və zərəri qiymətləndirmək üçün qısa müddət lövbər salıb. Gəmi yenidən CET 15.10-da yola çıxıb”.

“Ambrey” hadisə nəticəsində xəsarət alan olmadığını bildirib.

Dünən baş verən hadisə ilə bir gəmi aylar sonra ilk dəfə dəniz minasına çırpılıb.

Qara dəniz sığorta şirkətləri tərəfindən yüksək riskli bölgə kimi təsvir edilsə də, üzən minalar təhlükə yaratmağa davam edir.

Gəminin mina partlaması nəticəsində ballast çəninə bir qədər ziyan dəysə də, ekipajın təhlükəsiz olduğu bildirilib.

Səid Əhmədli
Gununsesi.info