“Türkiyə BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində İsrailə qarşı məhkəmədə iştirak edəcək”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” telekanalının efirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə parlamentinin nümayəndə heyəti çərşənbə günü, avqustun 7-də məhkəməyə müvafiq müraciət təqdim edəcək.
Beləliklə, Ankara Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı iddiasını dəstəkləyəcək: “Son 10 ayda Qəzzada 40 min mülki insanın həyatına son qoyan İsrail vəhşiliyinə son qoymaq üçün əlimizdən gələni edəcəyik”.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Ha-Levi “müxtəlif ssenarilər” üçün planları təsdiqləyib.
Qeyd edək ki, bu, İranın İsrailə hücuma hazırlığı ilə bağlı məlumatlar fonunda baş verib.
Şəbnəm
Gununsesi.info