Türkiyə Böyük Millət Məclisində Can Atalayın deputatlıq statusunun ləğvi müzakirə olunarkən qalmaqal baş verib.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə İşçi Partiyasının deputatı Ahmet Şık, AK Partiya üzvlərinə qarşı təhqiramiz ifadələr işlədib.
Bu hərəkət məclisdə gərginliyi artırıb və nəticədə deputatlar arasında yumruq davası baş verib.
Təhlükəsizlik qüvvələri vəziyyəti sakitləşdirməyə çalışsa da, hadisə bir müddət davam edib.