Rəqəmsal Media Komissiyasının sədri Yaymandan “Roblox” açıqlaması: “Sosial media şirkətləri özlərini dövlətdən üstün tuturlar"

  • By Günel
  • 09 Avqust 2024 17:13

Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyin Yayman girişi bloklanan “Roblox” adlı onlayn oyun platforması ilə bağlı “Məqsədimiz rəqəmsal şəbəkələrin ölkənin qaydalarına və hüququna uyğun olmalıdır”,- deyib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hüseyin Yayman Türkiyədə 15 milyon istifadəçisi olan onlayn oyun platforması Roblax-un uşaqların istismarına səbəb olacaq məzmunu ehtiva etdiyi üçün giriş qadağası ilə bağlı mətbuata açıqlama verib. O daha sonra bildirib ki, “Bu platformaları Türkiyəyə dəvət edən, Türkiyədə icma qaydaları yaradan, bununla bağlı 5651 saylı qanunu tənzimləyən bizik. Biz azadlıqları sona qədər müdafiə edirik. Amma son nəticədə azadlıq və təhlükəsizlik balansı düzgün qurulmalıdır. Sosial media şirkətlərinin özlərini dövlətlərdən öndə hesab etmələrini əsla qəbul etmirik. Eyni zamanda millətlərdən üstün görmələrini də heç vaxt qəbul etmirik. Roblox, Instagram, Meta və X Almaniyada Almaniyanın qanuni qaydalarına uyğun olaraq fəaliyyət göstərdiyi kimi, Türkiyədə də eyni həssaslığı göstərmələrini istəyirik. Biz ikili standartlara qarşıyıq, azadlıqları və ictimai asayişi maksimum dərəcədə müdafiə edirik”,- deyə H.Yayman bildirib.

 

Günel

Gununsesi.info