“Türkiyə bu haqsız oyunu pozmaq üçün bütün imkanlarından istifadə etməyə qərarlıdır” - BİNALİ YILDIRIM

  • By admin
  • 02 Noyabr 2020 19:52

Mərhum Heydər Əliyevin dediyi kimi biz bir millət, iki dövlətik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Qarabağ bir gün mütləq əsl sahibinə geri dönəcəkdir.

Gununsesi.info xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırım “Twitter” hesabında yazıb.

“Həmd olsun, bölgədən hər ötən gün yeni müjdələr gəlməyə başladı. Türkiyə bu haqsız, hüquqsuz oyunu pozmaq üçün əlindəki bütün imkanları istifadə etməyə qərarlıdır. Ümidimiz Qarabağ probleminin sona çatmasıdır”, – deyə B.Yıldırım bildirib.

 

 

Gununsesi.info