Türkiyə bu iki ölkə ilə ortaq televiziya kanalı açır

Türkiyə, Pakistan və Malayziya islamafobiyanın ortaya çıxardığı çətinliklərə qarşı mübarizə aparmaq üçün ingilis-dilində ortaq televiziya kanalı quracaq. 

Gununsesi.org-un “hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan Baş Naziri İmran Han bildirib.

Onun sözlərinə görə, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın Baş Naziri Mahathir Muhammed ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində üçtərəfli görüş zamanı qərara alınıb.

“Prezident Ərdoğan, Baş Nazir Muhammed və mən keçirdiyimiz toplantıda birləşərək islamafobiyanın yaratdığı problemlərə qarşı mübarizə aparmaq və İslam dini haqqında yanlış məlumatları düzəltmək üçün ingilis-dilində televiziya kanalı qurmağa dair qərar verdik”, – deyə o, qeyd edib.

Gununsesi.org