“15 iyul hadisələri Türkiyə Silahlı Qüvvələrinə aid deyil, bunlar silahı qüvvələrin daxilində təxribatçı bir qrupun işidir”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, Türkiyə bu təxribatçı qruplardan tamamilə təmizlənəcək.
Diplomat bildirib ki, Türkiyə 15 iyul hadisəsində 246 şəhid verib, 1500-dən çox yaralı var: “Bu hadisələrə görə 60 min nəfər işdən kənarlaşdırılıb. Hazırda araşdırma aparılır. Bütün işlər hüquqi müstəvidə davam etdirilir”.
A.Coşqunun xatırladıb ki, Türkiyədə ötən axşamdan etibarən fövqəladə vəziyyət elan edilib: “Türkiyə bu hadisələrdən güclənmiş çıxacaq”.
Mürtəza