
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Almaniya parlamenti deputatlarının Konya əyalətindəki NATO aviabazasına girişini qadağan edib və bu qərarını ikitərəfli münasibətlərin vəziyyəti ilə əsaslandırıb.
Türkiyə nümayəndələri Almaniya Federativ Respublikası (AFR) xarici işlər nazirliyini (XİN) bu qadağa barədə şifahi fomada məlmatlandırıblar (DW).
Sözügedən aerodromada bundesverin 20-30 əsgəri yerləşib. Onlar beynəlxalq koalisiyanın İŞİD-ə qarşı apardığı əməliyyatlarda iştirak edirlər.
Bundan əvvəl Almaniya hökuməti NATO-nun «İncirlik» aviabazasında xidmət keçən 260 hərbi xidmətçisinin buradan çıxarılması barədə qərar qəbul edib. Hərbi hissə və təyyarələr İordaniyanın «Əl-Əzrak» bazasına köçürüləcək.
Gununsesi.info