İstanbul polisi tərəfindən cinayət təşkilatlarından müsadirə edilən 23 lüks avtomobil yol polisi avtomobilinə çevrilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Avtomobillərin məhkəmə qərarı ilə İstanbul polisinə verildiyi bildirilib.
Aralarında Bentley, Porsche və Volvo avtomobillərinin də olduğu müsadirə edilən avtomobillər ağ və mavi rənglərə boyanaraq üzərində “yol polisi” yazılıb.
Gununsesi.info