Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur - ƏRDOĞANDAN AKP-Lİ DEPUTATA ETİRAZ

  • By admin
  • 07 Avqust 2017 23:59

erdogan

Bizim Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-çi deputat Ayxan Oğanın fikirlərinə münasibət bildirərkən deyib.

“Bu, AKP-nin şüarıdır: Tək millət, tək bayraq, tək dövlət, tək vətən. Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur. Kim nə deyirsə, desin. Hamısı hekayədir. Mən sizə partiyanın və dövlətin başçısı olaraq şüarımızı söyləyirəm. Türkiyə Cümhuriyyətini daha güclü vəziyyətə gətirmək üçün çalışırıq. İnşallah bunu da bacaracağıq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, deputat Ayxan Oğan Ərdoğanın Türkiyədə yeni dövlət qurduğunu iddia etmişdi.

Gununsesi.info