Türkiyə dəhşətli silah hazırlayıb - VİDEO

  • By admin
  • 27 May 2017 10:25

turkiye dehsetli silah

Türkiyə Silahlı Qüvvələri düşmənin texnika və canlı qüvvəsini məhv etmək üçün dəhşətli silah hazırlayıb.

Gununsesi.info xəbər verir ki, yeni modul tipli silah öncədən lazımı yerlərdə  yerləşdirilir və “maskirovka” olunur.

Yəni bu silahlar yerli şəraitə uyğun olaraq özləri avtomatik olaraq “maskirovka”  olur və ətrafdan bunu hiss etmək olmur. Düşmən texnikası hərəkətə keçib ən yaxın məsafəyə çatdıqda isə digər bir uçan pilotsuz təyyarə ilə avtomatik onlar hərəkətə gətirilir. Bu silah avtomatik olaraq lazımı döyüş vəziyyətinə gələrək, düşmən texnikasını və canlı qüvvəsini nişan alaraq məhv edir.

Qeyd edək ki, bu silahlar öncədən hərbi yükdaşıyan təyyarələrlə lazımı məkanlara paraşütlə atılaraq yerləşdirilir.

Gununsesi.info