Türkiyə dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Misir və Yunanıstan arasındakı razılaşmanı tanımayıb

  • By admin
  • 06 Avqust 2020 21:20

Türkiyə dəniz sərhədlərinin müəyyənləşdirilməsi və səlahiyyət sahələrinin yaradılması ilə bağlı Misir və Yunanıstan arasında imzalanan sazişi qəbul etmir.

Gununsesi.info “Haber Global”-a istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur: “Bu gün imzalanan səlahiyyət sahələrinin yaradılması haqqında qondarma saziş bizim üçün etibarsızdır. Bu yanaşmamız ərazidə və masada ortaya qoyulacaq. Razılaşmada nəzərdə tutulan ərazi, BMT-yə də məlumat verildiyi kimi, Türkiyənin qitə şelfində yerləşir”, – deyə Türkiyə XİN-in yaydığı sənəddə bildirilir.

Həmçinin qeyd edilib ki, bu anlaşma ilə Liviyanın da haqları qəsb edilib: “Türkiyənin sözügedən ərazidə hər hansı bir fəaliyyətə icazə verməyəcəyi və Şərqi Aralıq dənizində ölkəmizin və Kipr türklərinin qanuni haqq və hüquqlarının qəti şəkildə müdafiə olunacağı şübhəsizdir”.

 

 

Gununsesi.info