Türkiyə daha 3 şəhid verdi

  • By admin
  • 17 Sentyabr 2016 19:19

1127712_manset

 

Türkiyənin Hakkari əyalətində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı insident baş verib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Hakkari-Çukurca avtomobil yolunun üzərində yerləşən Ağacdibi kəndinin yaxınlığında yaranmış qarşıdurmada 3 hərbçi şəhid olub, 4-ü isə yaralanıb. Yaralı hərbçilər Hakkari Dövlət Xəstəxanasına qaldırılıblar.

Məlumata görə, 5 terrorçu ölü olaraq ələ keçirilib. Onlardan 3 nəfəri qadındır.

Terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb.

 

Gununsesi.info