
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“İraqın şimalındakı Avaşin Basyan bölgəsində keçirilən “Pəncə-İldırım” əməliyyatı çərçivəsində hərbi hava qüvvələrimiz tərəfindən 5 PKK terrorçusu zərərsizləşdirilib. Bununla da zərərsizləşdirilən PKK terrorçularının sayı 77-yə çatıb”- məlumatda vurğulanıb.
Xatırladaq ki, “Pəncə-İldırım” əməliyyatı aprelin 24-də başlayıb.
Gununsesi.info