
Aprelin 19-da xərçəngdən əziyyət çəkən məhşur aktyor Bülent Kayabaş ölüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “Yeşilçam” kino aktyorlarından olan 72 yaşlı Bülent Kayabaş dünyasını dəyişib.
Türkiyənin “Florence Nightingale” Xəstəxanasında verilən məlumata görə, uzun müddətdir ki, ağciyər xərçəngindən müalicə alan B. Kayabaş bu gün Türkiyə vaxtı ilə saat 06:05 radələrində vəfat edib:
“Dərhal aktyoron ölümü ilə bağlı onun həyat yoldaşı Səlma və oğlu Ümid Kayabaşa məlumat verilib.
B. Kayabaşın ölüm xəbərini eşidın sənət dostları xəstəxanaya gəliblər”.
Qeyd edək ki, B. Kayabaşın cənazəsi, cümə günü Təşvikiyə Məscidində qılınacaq namazın ardından Feriköy qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, B. Kayabaş 1945-ci ildə Eskişehirdə anadan olub. 1961-ci ildə Eskişehir Bələdiyyə Teatrında professional teatr aktyoru kimi fəaliyyətə başlayıb.
Anar
Gununsesi.info