Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin rəsmi saytında məlumat verilib.
“Fidan həmçinin Ukrayna ətrafında cərəyan edən hadisələrin son gedişatına və ABŞ-nin iştirakı ilə üçtərəfli danışıqlar prosesinin bərpası perspektivlərinə toxunub”, – məlumatda deyilir.
Türkiyəli nazir danışıqların keçirilməsi üçün İstanbulda məkan təqdim etməyə hazır olduqlarını təsdiqləyib. Lavrov isə öz növbəsində həmkarı ilə mövcud vəziyyətlə bağlı qiymətləndirmələrini bölüşüb.











