Türkiyə DİN Azərbaycanda DTX ilə görüş barədə paylaşım etdi

Türkiyənin Daxili İşlər naziri Mustafa Çiftçi Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev ilə görüş keçirib.

 

Gununsesi.info xəbər verir ki,  xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, görüş heyətlərarası formatda baş tutub.

 

Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bildirilib ki, görüşdə əsas diqqət terror təşkilatları və mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində birgə fəaliyyətə yönəlib. Həmçinin iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri də dəyərləndirilib.

Qeyd olunub ki, Türkiyə və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq bundan sonra da davam etdiriləcək və qarşılıqlı təcrübə mübadiləsi gücləndiriləcək.