Bu il yanvarın 1-dən noyabrın 1-dək terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatlar zamanı 721 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Ali Yerlikaya Türkiyə parlamentində çıxışı zamanı deyib.
“Ümumilikdə bu müddət ərzində separatçı terror təşkilatı PKK-ya qarşı 3054-ü şəhər, 16702-si kənd yerlərində olmaqla 19756 əməliyyat keçirilib. Əməliyyatlar zamanı 84-ü öldürülüb, 525-i sağ əsir, 5-i yaralı olmaqla 721 terrorçu zərərsizləşdirilib. Bundan əlavə, daha 107 terrorçu silahlarını yerə qoyaraq Türkiyə hakimiyyətinə təslim olub. Əməliyyat-axtarış tədbirləri çərçivəsində 6011 şübhəli saxlanılıb, onlardan 1178 nəfər məhkəmənin qərarı ilə həbs edilib, 1297 nəfər barəsində isə məhkəmə nəzarəti həyata keçirilib”, – deyə DİN rəhbəri bildirib.
Yerlikaya həmçinin bildirib ki, Türkiyə təhlükəsizlik qüvvələri beynəlxalq, milli, regional və yerli mütəşəkkil cinayət qruplarına qarşı mübarizəni davam etdirir.
Cari ilin yanvarın 1-dən noyabrın 1-dək keçirilmiş 370 əməliyyat tədbiri zamanı bir beynəlxalq, 13 milli, 33 regional və 253 yerli mütəşəkkil cinayətkar qrup məhv edilib. Bundan əlavə, 1800 nəfər həbs edilib, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Gununsesi.info