Türkiyə düşünür ki, ABŞ onların “Usama bin Laden”i olan Gülənə dəstək olur - General Maykl Flayn

  • By admin
  • 10 Noyabr 2016 11:43

makkk

ABŞ prezidenti seçilən respublikaçı Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş məsləhətçisi-təqaüdçü general-leytenant Maykl Flayn əvvəlcə xarici siyasətin yenidən qurulmasının vacibliyini vurğulayıb.

Trampın hakimiyyətə gəlməsindən sonra adı müdafiə naziri kimi keçən Flayn “Müttəfiqimiz Türkiyə krizisdədir və dəstəyimizə ehtiyacı var” başlıqlı yazı qələmə alıb. Həmin yazıda qeyd olunub ki, Obamanın hakimiyyəti dövründə Türkiyə yetərincə anlaşılmayıb və Türkiyəni qəbul etmək üçün xarici siyasətdə islahatlar aparmaq lazımdır. Türkiyənin ABŞ-ın maraqları üçün əhəmiyyətli olduğunu bildirən Flayn İŞİD-ə qarşı mübarizə və bölgədəki sabitlik baxımdan bu ölkənin önəmini vurğulayıb.

ABŞ-ın FETÖ-nün başçısı Fətullah Gülənə sığınacaq olmayacağına işarə edən Flayn bildirib ki, “NATO müttəfiqimiz olan Türkiyəyə mane olmaq məntiqsizdir”.

Onun sözlərinə görə, Türkiyə düşünür ki, ABŞ onların “Usama bin Laden”i olan Fətullah Gülənə dəstək olur.

FETÖ-nün ABŞ-dakı müqaviləli məktəblərinə daxil eyham vuran Flayn həmin məktəblərlə bağlı bir çox məhkəmə prosesinin getdiyini bildirib. Bir müddət əvvəl ABŞ-da yaşayan türklərlə görüşən Flayn türk xalqının mədəniyyət, iqtisadiyyat və ictimai baxımdan çox güclü olduğunu vurğulayıb.

Onun fikrincə, belə olmasaydı, çevriliş cəhdlərindən sonra sabitliyini qoruyub saxlaya bilməzdi.

Nigar Cəfərli

Gununsesi.info