“Ya Yunanıstan geriyə addım atıb razılaşmaların şərtlərini yerinə yetirəcək, ya da lazım olanı edəcəyik”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Yunanıstanın təxribatçı addımları bitməyəcəyi halda Türkiyə Egey dənizindəki adaların suverenliyi məsələsini qaldırmağa hazırdır.
Qeyd Türkiyə mətbuatı Yunanıstanın bir müddət əvvəl Egey dənizindəki adalarda hərbi təlimlər keçirdiyini yazıb. Rəsmi Ankara hesab edir ki, Yunanıstan tərəfinin o adalara hərbi personal və silahlar göndərməsi beynəlxalq hüququn pozulmasıdır.
Xatırladaq ki, Türkiyə və Yunanıstan bir sıra məsələlər, o cümlədən Egey dənizindəki adaların statusu ilə bağlı mübahisə edir.
Rəsmi Ankara və rəsmi Afina 2021-ci ilin yanvarında – Egey dənizində və Aralıq dənizinin şərqində sərhəd mübahisələri ilə bağlı gərginliyi azaltmağa cəhddən təxminən beş il sonra yüksək səviyyəli dialoqu bərpa ediblər.
Gununsesi.info