“Türkiyə ilə Ermənistan sərhədində yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsi istismara hazırdır”.
Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.
“Nəzarət-buraxılış məntəqəsi istismara hazırdır və Ermənistan sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılmasına dair Türkiyədən müsbət siqnallar gözləyir”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, noyabrın ortalarında Ermənistanın Dövlət gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan yeni nəzarət-buraxılış məntəqəsinin inşasının sona yaxınlaşdığını açıqlayıb.
Gununsesi.info