Türkiyə Ermənistanla münasibətləri düzəldir- -ÇAVUŞOĞLU AÇIQLADI

  • By admin
  • 14 Dekabr 2021 08:34

“Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edəcəklər”.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TBMM-də çıxışı zamanı deyib.

HTML tutorial

 “Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində qarşılıqlı əsasda nümayəndələr təyin edəcəyik. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik”, – deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu qeyd edib ki, bu, normallaşma prosesi Ankaranın İrəvan qarşısında şərt kimi Bakının gündəliyini təqdim etməsi deməkdir: Ermənistan ərazi iddialarından əl çəkməli, Azərbaycanla sülh sazişini imzalamalıdır.

Türkiyə bu şərti əvvəldən gündəmdə saxlayır. İndi qarşılıqlı olaraq xüsusi nümayəndələrin təyin edilməsinə hazırlıq İrəvanın şərtləri qəbul etməsinin mümkünlüyündən xəbər verir. Proses hələ başlanğıc nöqtəsindədir, lakin Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılmasının prioritet olduğunu nəzərə alsaq, yekunda Bakının tələblərini qəbul etməli olacağını hesab etmək olar.

3+3 formatının inkişafı da bu prosesdə əhəmiyyətli rol oynayacaq.

Gununsesi.info