Türkiyə Ermənistanla sərhədləri açır?

  • By admin
  • 19 İyun 2024 11:55

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı böyük rezonansa səbəb olub.

Buna səbəb isə Türkiyə Prezidenti Administrasiyasının iki liderin telefon danışığı barədə açıqlamasıdır.

Gununsesi.info bildirir ki, həmin açıqlamada deyilir:

 

Türkiyə Prezident Administrasiyası:

“Bu gün Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini olduğunu vurğulayıblar.
Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər”.

Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında diqqəti çəkən məqamlardan biri əvvəlki illərdən fərqli olaraq, rəsmi İrəvan qarşısında hər hansı şərt qoyulmamasıdır.

Söhbət Ermənistanı sülhə çağırmaqdan, tezliklə sülh sazişini imzalamasına dəvət edilməsindən gedir.

Göründüyü kimi bəyanatda bu barədə heç nə yoxdur.

Bu isə o deməkdir ki, Türkiyə artıq Ermənistanla quru sərhədlərini açmaq barədə düşünür.

Onu da qeyd edək ki, ABŞ və Aİ Ərdoğan sərhədləri açması üçün ciddi təzyiqlər edib.

Görünür, həm də  iyunun 10-da Ankarada prezident İlham Əliyev – Ərdoğan görqşündə bu barədə məsləhətləşmə olub.

 

Elmar Elnuroğlu

Gununsesi.info