“Türkiyə Fransa və İtaliya ilə danışıqlar aparır”

  • By admin
  • 30 Mart 2022 15:40

“Türkiyə başqa ölkələrdən Rusiyanın “S-400” zenit-raket sistemlərinə alternativ olan raket əleyhinə müdafiə sistemlərinin alınmasına dair alternativ təklifləri nəzərdən keçirməyə hazırdır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

““S-400”lərin alınması zəruri idi. İndi biz Fransa və İtaliya ilə digər müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparırıq. Əlbəttə, biz həll yolu tapacağıq və bu sistemləri ala biləcəyik. Biz alternativlərə açığıq”, – deyə Akar söyləyib.

Gununsesi.info