
Türkiyə Futbol Federasiyası (TFF) inzibati binasında Azərbaycanla yanaşı, Türkiyənin bayrağını da asan AFFA-nın bu addımına biganə qalmayıb.
Gununsesi.info xəbər verir ki, TFF rəsmi “Twitter” hesabı vasitəsilə milli assosiasiyaya təşəkkür edib.
Paylaşımda bu sözlər qeyd olunub: “Təşəkkürlər, qardaş! “Neftçi” – “Qalatasaray” oyunu öncəsi binasındakı Azərbaycan bayrağının yanına türk bayrağını da asan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına göstərdiyi qardaşlıq üçün təşəkkür edirik”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.
Gununsesi.info