Türkiyə Futbol Federasiyasının binasına SİLAHLI HÜCUM

Türkiyə Futbol Federasiyasının inzibati binasına silahlı hücum olub.

Gununsesi.info xəbər verir ki, qurumun İdarə Heyətinin iclas keçirdiyi vaxt ora silahdan 5 güllə atılıb.

HTML tutorial

Bu güllələrdən birinin Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun başının üzərindən keçdiyi bildirilib. Silahlı hücumda yaralanan və ya ölən olmayıb.

İqtidarda olan AK Partiya sözçüsü Ömər Çelik məsələnin bütün tərəflərinin araşdırıldığını bildirib.

Gununsesi.info