Türkiyə gəncliyi dinə niyə arxa çevirir?

Türkiyə gəncliyi dinə niyə arxa çevirir?

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) artıq 15 ildir ki, davam edən hakimiyyəti nəticəsində İslamın ictimai həyatda imkanları heç zaman indiki qədər geniş olmamışdı.

Prezident Erdoğan “dindar nəsil” formalaşdırmaq istəyini dilə gətirib və hökümət dini təhsilə ardıcıl olaraq vəsait ayırır.

Dövlət nəzdində olan məktəblərdə ilahiyyat dərslərinin artması ilə yanaşı, İmam Hatip məktəbləri kimi tanınan, imam və vaiz hazırlayan dini təhsil ocaqlarının da sayı onqat artıb.

AKP 2002-ci ildə hakimiyyətə gələndə Türkiyədə təxminən 450 Imam Hatip məktəbi var idi. İndi isə onların sayı 4 minə çatıb, eyni zamanda dini təhsilə ayrılan pul və yatırımlar da xeyli artıb.

Bununla belə, müasir Türkiyədə dindən üz çevirən mühafizəkar ailələrdən olan gənclərin sayı, göründüyü kimi, artmaqdadır.

Bir ara bu tendensiyanı əsasən dünyəvi şərhçilər müzakirəyə çıxarırdı, lakin indi bu mövzuda debatlara İslami dairələr də qoşulub.

İmam Hatip məktəblərinə uşaq verən bəzi valideynlər də narahatdırlar ki, onların yeniyetmə uşaqları dindən uzaqlaşaraq özlərini “deist” və ya “aqnostik” kimi qələmə verirlər.

İlk əvvəl bunu “dünyəvililərin təbliğatı” adlandıran Türkiyənin dini və təhsil rəsmiləri nəhayət ki, bu məsələyə ciddi nəzər salmağa başlayıblar.

Ötən ay Mərkəzi Anadolunun Konya vilayətində şəhər təhsil rəhbərliyi (Konya Şəhər Milli Təhsil İdarəsi) İmam Hatip müəllimləri və təhsil yönümlü QHT nümayəndələri üçün iki günlük konfrans-seminar keçirib.Women protest against new curriculum, Ankara, 16 Sep 17Fotonun müəllifiAFPImage captionAnkaradakı etirazçılar hakim AKP-ni Türkiyənin dünyəvi təhsil sistemnini sarsıtmaqda ittiham edirlər (Fotoarxiv: Ankara, 16 sentyabr 2017)

Daha əvvəl ifadə edilmiş ayrı-ayrı dini xadimlərin narahatlığı da nəzərə alınmaqla, toplantı iştirakçıları tələbələr arasında etiqadsızlıq hissinin getdikcə gücləndiyini qeyd ediblər.

Bu nəticə İslam üzrə tanınmış şərhçilər üçün gözlənilməz olub.

Seminar iştirakçıları qeyd edilən trendi qismən, gəncliyə daima xas olan barışmazlıq ruhu ilə izah ediblər; lakin görünür, əsas səbəb tələbələrin, gündəlik həyat dərsinin dini təlimlərdən necə fərqləndiyini getdikcə daha aydın başa düşdükləri ilə bağlıdır.

Söhbət aparmaq, suallar qaldırmaq istəyən gənclər müəllimlərinin həmin suallara cavab verməməsi, sərtlikləri və fikir ayrılığına dözümsüzlük nümayiş etdirmələrilə üzləşirlər.

Digər tərəfdən, müəllimlər tələbələrindən bəzilərinin “qəbulolunmaz yanaşma” sərgiləmələrindən, misal üçün, homoseksuallığı normal hal saymalarından şikayətlidirlər.

Konya seminarının iştirakçıları deyir ki, bəzi tələbələr arasında “deist” olmağı nümayiş etdirmək, getdikcə genişlənən bir dəbə çevrilməkdədir.

Deizm təlimi tək Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını, lakin Tanrının kainatın işlərinə qarışmadığını təsbit edir.

Deistlər mütəşəkkil dinləri rədd edir və həyatlarını məntiq və səbəb üzərində qururlar.

“Deizm” termini çox vaxt Türkiyədə gənclərin, İslami təlimləri kənara qoyduqdan sonra üz tutduqları fəlsəfəni izah etmək üçün istifadə olunan termindir.

Lakin bəzi şərhçilər hesab edir ki, yeni tendensiya yüksək təhsil səviyyəsilə seçilməyən İmam Hatip tələbələrinin heç də dərindən düşünülmüş fəlsəfi seçimi deyil.

Karar qəzetinin tanınmış islamçı qadın yazarı Elif Çakır buna görə günahı, oxuduqları moizələrlə əməlləri üst-üstə düşməyən dini liderlərin riyakarlığında və insanların ədalətə inamını sarsıdan siyasətçilərdə görür.

Böyüklər arasında əsl Allah adamlarının da qəhətə çıxması tez-tez qeyd olunan səbəblərdən biri kimi göstərilir.

Karar qəzetində digər bir yazının müəllifi Arif Beki siyasi xal toplamaq xatirinə mənəvi və etik normaları tapdamaqdan belə çəkinməyən siyasətçiləri tənqid atəşinə tutur.Erdoğanın portreti, 10 aprel, 2017-ci il. Rize şəhəriFotonun müəllifiGETTY IMAGESImage captionTürkiyədə AKP hakimiyyəti dövründə İslamın ictimai həyatda imkanları heç zaman indiki qədər geniş olmayıb.

Radikal İslami nəşr sayılan Yeni Akit qəzetindəki yazısında Rasim Bolbol höküməti dini məktəblərin sayındansa onların verdiyi dini təhsilin keyfiyyətinə diqqəti artırmağa çağırır.

“Ana, mən deist oldum” adlı geniş məqaləsində digər jurnalistlərlə müqayisədə problemi daha ətraflı təhlil edən Emeti Saruhan gənc nəslin dinin icbariliyindən təngə gəlməsindən bəhs edir.

Saruhan bir professordan sitat gətirərək yazır ki, həmin professor onun bir çox başı örtüklü qız tələbələrinin artıq dindar olmadıqlarını dilə gətirdiklərini deyir.

Bəzi valideyinləri müasir texnologiyalar və internetin mənfi təsiri narahat edir; digərləri bildirir ki, Koreya və Yaponiya missionerləri uşaqlar arasında aqnostisizm təlimini yaymaqla məşğuldur.

Lakin mühafizəkar, dindar şərhçilər arasında gedən müzakirələrin miqyası nəzərə alınarsa, bu problemin asanlıqla kənara qoyulan məsələlərdən olmadığı aydın olur.

Cəmiyyətin dünyəvi kəsiminin yerləşdiyi düşərgədən bu məsələyə nəzər yetirən İslami hərəkatlar üzrə ekspert və veteran jurnalist Rusen Cakir isə hesab edir ki, indiki vəziyyət Türkiyədə “AKP-nin himayə etdiyi siyasi İslamın qaçılmaz iflasından” xəbər verir.

Gununsesi.info

COMMENTS