
Türkiyənin Hələb şəhərinin şimal-şərqində Ahtereyn bölgəsində hərbi baza qurduğu idda olunur.
Gununsesi.info “Milliqazetə”-yə istinadən verdiyi məlumata görə, bu barədə İranın “Fars” agentliyi suriyalı qaynaqlara istinadlı bir xəbərdə bildirib.
Eyni zamanda, “Fars” agentliyi adıçəkilən bölgədə cəmləşən tankların fotoşəkillərini yayımlayaraq, bu tankların Türkiyəyə aid olduğu iddasını irəli sürüb.
Məlumatada Türkiyənin dəstəklədiyi müxalif Azad Suriya Ordusunun böyük bir hissəsi Ahtereyn bölgəsi ətrafında cəmləşdiyi bildirilir.
Qeyd edək ki, “Fırat qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in nəzarətində olan Əl-Bab şəhəri Haləbdən 40 kilometr şimal-şərqində yerləşir.
Anar
Gununsesi.info