Türkiyə hərbçiləri İraq və Suriyanın şimalında yeddi terrorçunu məhv edib

  • By ilhame
  • 16 İyul 2024 13:01

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimal bölgələrində keçirdikləri anti-terror əməliyyatı nəticəsində yeddi terrorçu ölüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

 

Məlumata görə, İraqın şimalında Hakurk bölgəsində PKK terror qruplaşmasının üç, Suriyanın eyni coğrafi ərazisində, “Fırat kalkanı” zonasında dörd terrorçu öldürülüb.

 

Nazirlik terrora qarşı əməliyyatları davam etdirəcəyini bildirib.

Gununsesi.info