Türkiyə hərbçiləri Suriyada 20 İŞİD terrorçusunu məhv edib

  • By admin
  • 17 Dekabr 2016 21:40

isid-ceteleri

 

Türkiyəyə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə son sutka ərzində 64 zərbə endiriblər.

Gununsesi.info-nun verdiyi xəbərə görə, hücum nəticəsində azı 20 silahlı məhv edilib.

Bundan başqa Türkiyə ordusu artilleriya və digər silahlardan İŞİD mövqelərinə 206 zərbə endirib.

Qeyd edək ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın şimalında İŞİD-ə qarşı “Ərəfat qalxanı” əməliyyatı keçirir.

 

 

Gununsesi.info