Türkiyə hərbçiləri terrorçunun yerini müəyyən etdi - Dərhal məhv edildi

  • By admin
  • 07 Avqust 2021 10:54

Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında PKK terror təşkilatının silahlısını zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

“İraqın şimalında daha bir terrorçu zərərsizləşdirilib”, – xəbərdə deyilir. Məlumata görə, onun yeri istilik sisteminin köməyi ilə müəyyənləşdirilib.

Nazirlik vurğulayıb ki, Türkiyənin təhlükəsizlik qüvvələri qruplaşmanın döyüşçülərinə qarşı güzəştsiz mübarizəni davam etdirir.

Gununsesi.info