Türkiyədə “Pençe-Kilit” əməliyyatı bölgəsindəki hücumdan sonra İraqın şimalında 23, Suriyanın şimalında 9 olmaqla ümumilikdə 32 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında paylaşım edilib.
Nazirlik, həmçinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən ötən gecə terrorçulara aid 29 hədəfin müvəffəqiyyətlə məhv edildiyi əməliyyatdan görüntüləri paylaşıb.
Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 əsgər şəhid olub, 4 əsgər yaralanıb.
Gununsesi.info