Türkiyə hərbi sənaye kompleksində daha bir yenilik

  • By ilhame
  • 01 Avqust 2024 22:19

Türkiyənin müdafiə şirkəti “Makine ve Kimya Endüstrisi” A.Ş. (MKE A.Ş.) hibrid ötürücü sistem və milli proqram təminatı ilə təchiz edilmiş 155 millimetrlik “Gürhan” özüyeriyən haubitsasının atış sınaqlarını uğurla başa çatdırıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Defence Turk” “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

 

Sözügedən haubitsalar “Anzatsan Mühendislik” A.Ş tərəfindən istehsal olunur.

Gununsesi.info