Türkiyə hökuməti: “İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub”

  • By admin
  • 11 Aprel 2017 17:12

unnamed (5)

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin hava zərbəsindən sonra zəhərli qazdan ölənlərin meyitləri üzərində aparılan analitik ekspertizanın nəticələrini açıqlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, R. Akdağ analitik ekspertizada kimyəvi silahdan istifadə edildiyinin üzə çıxdığını deyib.

R. Akdağ bildirib ki, Bəşər Əsəd rejiminə məxsus qırıcı təyyarələrin İdlibin Xan Şeyhun qəsəbəsinə etdiyi hücum zamanı sinir-iflic qazından istifadə edildiyi dəqiqləşib: “Belə ki, hücum nəticəsində ölənlərin meyitlərindən qan və sidik nümunəsi götürülərək ekspertizaya göndərilib. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, B. Əsəd hərbçiləri dinc insanlara qarşı kimyəvi silahdan istifadə ediblər”.

Xatırladaq ki, aprelin 4-də səhər saatlarında müxalif Azad Suriya Ordusunun nəzarətində olan İdlib şəhərinin Xan Şeyhun qəsəbəsinə hava zərbəsi endirilməsindən sonra kimyəvi qazdan zəhərlənərək ölənlərin sayı 72 nəfərə çatıb.

Anar
Gununsesi.info