Türkiyə hökuməti “Instagram” və digər resursların bloklanması problemini mümkün qədər tez həll etmək istəyir.
Gununsesi.info CNBC telekanalına istinadla xəbər verir ki, bu barədə respublikanın nəqliyyat naziri Abdülkadir Uraloğlu məlumat verib.
“Biz “Instagram” və digər sosial şəbəkələrlə əlaqədəyik. Biz bloklanma problemini mümkün qədər tez həll etmək istəyirik. Təəssüf ki, bu sosial platformalar bizim dövlət olaraq nümayiş etdirdiyimiz demokratik yanaşmanı göstərmirlər”, – deyə nazir bildirib.
Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bloklanıb. Türkiyə hökuməti bu qərarın sosial şəbəkənin yerli qanunvericiliyin tələblərini pozması səbəbindən qəbul edildiyini bildirib.
Gununsesi.info