
Türkiyə İsrail ilə normallaşma razılaşmasını təsdiqləyib.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə normallaşma razılaşmasını təsdiqləyib.
Razılaşmaya görə, İsrail 2010-cu ildə “Mavi Mərmərə” hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon ABŞ dollar məbləğində təzminat ödəyəcək.
Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşını öldürmüşdü.
Anar
Gununsesi.info