Türkiyə hökumətindən Əhməd Cavadın adına layiq tədbir

  • By admin
  • 31 May 2022 00:21

Azərbaycanın dövlət himninin müəllifi, milli-istiqlal şairimiz  Əhməd Cavadın 130 illik yubileyi qardaş Türkiyədə daha möhtəşəm və adına layiq şəkildə təşkil olunur.

Gununsesi.info-nun xəbərinə görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və TRT-nin birgə təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyinə həsr olunan “İncilər tök, gəl yoluna” adlı konsert təşkil olunacaq.
Konsertdə Türkiyə hökumətinin və parlamentinin təmsilçiləri, nüfuzlu mədəniyyət və incəsənət xadimləri, siyasi partiya yetkililəri iştirak edəcək.

HTML tutorial


Bundan başqa Ankarada Əhməd Cavadın adına verilən prospektin də açılışı olacaq.

Qeyd edək ki, Gununsesi.info xəbər portalının rəhbəri Pərviz Həşimli və LAF TV internet kanalının rəhbəri Ləman Ələşrəfqızı da bu tədbirlərdə Azərbaycanı təmsil edəcək.

Günay Təhməzova

Gununsesi.info