Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq

Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq.

Gununsesi.info  bu barədə Ermənistan KİV-ə istinadən xəbər verib.

Qeyd olunur ki, nəzarət-keçid məntəqəsinin açılması yüklərin Suriyaya quru yolu ilə çatdırılmasına imkan verəcək və nəqliyyat xərclərini azaldacaq.

 

 

Gununsesi.info