Türkiyə ilə Rusiya arasında Qarabağla bağlı danışıqlar aparılıb

  • By admin
  • 13 Noyabr 2020 21:27

Ankarada Türkiyə ilə Rusiya hərbi nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin bu barədəki açıqlamasına görə, tərəflər Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək çalışmalar və İdlib başda olmaqla Suriyadakı vəziyyətə dair texniki müzakirələrinin bugünkü hissəsini başa vurublar.

HTML tutorial

Danışıqların növbəti gün davam etdiriləcəyi bildirilir.

 

Gununsesi.info