Türkiyə ilə Rusiya arasında yeni dönəm başlayır

  • By admin
  • 25 Avqust 2016 11:12

1034272075

Türkiyə ilə Rusiya arasındakı ticarətin sərbəstləşdirilməsi istiqamətində danışıqlara başlanıb.

Gununsesi.info xəbər verir ki, görüşlərdə sərbəst ticarət anlaşmasının həyata keçirilməsi üçün gömrük və bürokratik işlərin daha da sürətləndirilməsi, bununla da ümumi ticarət həcminin artırılması kimi məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 2008-ci ildə Türkiyə-Rusiya arasında xarici ticarət dövriyyəsi 38 milyard dollar həcmində olub. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatına ağır zərbə vurub. Nəticədə Rusiya 2015-ci ildə 23,3 milyard dollar pul itirib.

Rusiya ilə Türkiyə arasındakı ticarətin həsmi bu ilin ilk yarısında daha 41 faiz azalaraq 7,3 milyard dollara enib.

Anar
Gununsesi.info