Türkiyə-İran sərhədində zəlzələ baş verdi - FOTO

İranın Türkiyə ilə sərhəd bölgəsində zəlzələ baş verib.

AFAD-ın məlumatına görə, 3,8 bal gücündəki yeraltı təkanların episentri İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhəri olub.

Zəlzələ Türkiyədə də hiss edilib.

Bildirilib ki, zəlzələnin ocağı 7 kilometr dərinlikdə qeydə alınıb.

Gununsesi.info