XƏBƏR LENTİ

20 Fevral 2018

23 Sentyabr 2017 - 21:10

Türkiyə İraq və Suriyada əməliyyatın müddətini uzatdı

almanya-firat-kalkani-nda-hasar-goren-tanklar-9411419_7924_o
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə ordusunun sərhəddən kənarda əməliyyatları davam etdirməsi ilə bağlı təkliflər müzakirəyə çıxarılıb.

Gununsesi.info TRT-yə istinadən xəbər verir ki, müzakirələrdən sonra səsvermə keçirilib və səs çoxluğu ilə təkliflər qəbul edilib.

Beləliklə, Türkiyə ordusu İraq və Suriya torpaqlarında terrorçulara qarşı daha 1 il əməliyyat keçirəcək.

Qeyd edək ki, son günlərdə xüsusilə İraqın şimalında vəziyyət gərginləşib. İraq Kürd Regional Hökuməti 25 sentyabrda müstəqillik üçün referendum keçirmək istəyir. Bu səbəbdən bölgədə yeni müharibənin çıxacağı riski var.

 

Gununsesi.info