Türkiyə İraqda həlledici döyüşə hazırlaşır.
Bu məqsədlə ordusunu Şırnak, Hakkari, Van istiqamətinə toplayır.
Gununsesi.info “milliyet”-ə istinadən xəbər verir ki, artıq ordunun böyük bir hissəsi İraqla sərhəddə toplanıb. Ordu və hərbi texnikanın qalan hissəsi də İraqla sərhəddə doğru hərəkət etməkdədir. Ordunun sərhəddə toplanması TSQ-nın həm PKK-ya qarşı, həm də Mosulda həyata keçirəcəyi hərbi əmliyyatlari ilə bağlıdır.
Vəziyyəti yerində öyrənib, müvafiq addımlar atmaq və qərarların verilməsi üçün TSQ Baş qərargah rəisi, general Hülusi Akar Şırnak, Hakkari və Vandakı hərbi birliklərdə olub və ordunun hərbi əməliyyatlara hazırlıqla tanış olub. Səfərdə Hülusi Akarı Quru qoşunları komandanı general Salih Zeki Çolak müşaiyət edib.
Gununsesi.info