Türkiyə İraqla PKK-ya qarşı birləşir

  • By admin
  • 07 Yanvar 2017 19:40

bineli-yildirim

 

Şenqal bölgəsinin terror ünsürlərindən təmizlənməsi üçün peşmərgə və İraqın ordu qüvvələri ilə birgə lazımi fəaliyyət yürüdüləcək.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım iraqlı həmkarı Heydər Abadi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bizim üçün terror hardan gəlməsindən asılı olmyaraq eyni mahiyyət daşıyır. Dolayısıyla Şenqal bizim üçün ən böyük təhlükə mənbəyi olaraq qalmaqdadır. Hörmətli baş nazirin (Heydər Abadi) məsələ ilə bağlı həssaslığına görə ona təşəkkür edirik. Sadəcə Senqal deyil, bütün İraq torpaqlarında terror təhdidinin məhv edilməsi üçün birgə çalışmalıyıq”, – Yıldırım vurğulayıb.

 

Gununsesi.info