Türkiyə İsrailə yardım əlini uzatdı  - FOTO

  • By admin
  • 24 Noyabr 2016 17:50

turk
Dünəndən etibarən Qüds daxil İsrailin13 müxtəlif yerində başlayan yanğın davam edir.
Gununsesi.info-nun “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hazırda yanğınsöndürənlər fəlakətin qarşısını almaqda acizdir. Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi İsrailə yanğınsöndürən təyyarənin göndərilməsini təklif edib.
Türkiyənin bu təklifi İsrail tərəfindən müsbət dəyərləndirilib.
Məlumata görə, bu gün yanğınsöndürən təyyarə İsrailə yola salınacaq.

Anar
Gununsesi.info